Turlar / Qəbələ
“Qafqaz Riverside 5*" Novruz turu ( 2 günlük )
Qafqaz Riverside Resort 5* otelinin üstünlükləri və gözəllikləri haqqında bu videodan ətraflı məlumat aldıqdan sonra bu hədiyyənin əvəzedilməz olduğu ilə siz də razılaşacaqsınız.
http://youtu.be/IBfKdRYT93o?t=1m37s
Turun qiyməti CƏMİ: 110 AZN
QİYMƏTƏ DAXİLDİR:
- Komfortlu avtobus ( Kondisioner, music player )
- Qafqaz Riverside Resort 5* Otelində gecələmək
- Avtobusda qəlyanaltı ( Su və şirniyyat)
- Çay süfrəsi - Ekskursiyalar
- Qafqaz Riverside Resort 5* otelində Səhər yeməyi ( 25 Mart ), Nahar yeməyi ( 24 Mart ), Şam yeməyi ( 24 Mart )
- Semerana İstirahət mərkəzində Nahar yeməyi ( 25 Mart )
- İntelektual, əyləncəli və idman oyunları
-Professional Bələdçi
Son qeydiyyat və ödəniş tarixi: 21 Mart, 19:00-a qədər.
Endirim qaydaları:
1. Böyüklər: 6-14 Nəfərlik qrup üçün 5% endirim, 14 nəfərdən yuxarı qruplar üçün 10% endirim.
2. Uşaqlar üçün qiymət: 0-6 yaş uşaqlar üçün 20 AZN, 7-12 yaş uşaqlar üçün 77 AZN.
QEYD: Oteldə yerləşmə ailə tərkibindən asılı olaraq 2 və ya 3 nəfərlik standart otaqlarda olacaq. Əgər turist otaqda tək (SNG) qalmaq istəyərsə turun qiymətinin üzərinə 30 AZN əlavə ödəniş etməli olacaq. ( 110 + 30 )
TURUN PROQRAMI:
24 MART
08:00-12:00 Bakı – Qəbələ yolu. Yolda Tənəffüs ( 10-15 dəqiqə ) və Avtobusda qəlyanaltı.
12:00 Qəbələ şəhərində Qafqaz Riverside Resort 5*-da qarşılanma.
12:00 – 13:00 Qafqaz Riverside Resort 5*-da otaqlara yerləşmə
13:00 – 15:00 Qafqaz Riverside Resort 5*-də nahar yeməyi
15:00 – 15:30 Ekskursiya üçün avtobusun qarşısında toplaşma.
15:30 – 18:30 “Yeddi Gözəl” Şəlaləsi ekskursiyası ( Hava şəraiti yaxşı olmasa bu ekskursiya ləğv oluna bilər. )
“Yeddi Gözəl” Şəlaləsi sıx meşəsi olan dağlıq ərazidə yerləşib. Yerli əhalinin bildirdiyinə görə Şəlaləyə “Yeddi Gözəl” adı, biri-birindən gözəl olan və biri-birindən daha zirvədə olan yeddi şəlalə ilə əlaqədar verilmişdir. Ekstrimi sevənlər və tənbəl olmayanlar bu turda bizə qoşulub bu Şəlalələri fəth edə bilər
18:30 – Qafqaz Riverside Resort 5* - a qayıdış.
18:00 – 20:00 Asudə vaxt ( Oteldə pulsuz xidmətlərdən istifadə: Sauna, Türk hamamı, üzgüçülük hovuzu, Fitnes mərkəzi və s. )
20:00 – 22:00 Qafqaz Riverside Resort 5*-də şam yeməyi
22:00 – 23:00 Asudə vaxt və diskotekaya hazırlıq.
23:00 – 00:00 Bayram Diskotekasi
00:00 – “Mafia” oyunu
25 MART
7:00 – 11:00 Qafqaz Riverside Resort 5*-də səhər yeməyi. Bu müddət ərzində Siz həmçinin otelin pulsuz xidmətlərindən istifadə edə bilərsiniz. ( Sauna, Türk hamamı, üzgüçülük hovuzu, Fitnes mərkəzi və s. )
11:00 – 11:30 Oteldən çıxışa hazırlıq.
11:30 – 12:00 Check out ( Oteldən çıxış ).
12:00 - 14:00 “QƏBƏLƏND” Əyləncə mərkəzində istirahət. (kartinq, buz meydançası, maraqlı atraksionlar)
”Laser Maxx” yarışması vaxtı
Bu oyun haqqında çox da ətraflı danışmaq istəməzdim və bu adrenalini sadəcə yaşamaq lazımdır. Oyun haqqında qısa olaraq deyə bilərəm ki, oyun bildiyimiz “PaintBall” oyununa bənzəyir. Fərq yalnız ondan ibarətdir ki, bu oyunda içərisi rəngli su ilə doldurulmuş oyuncaq diyircək güllə atan silah deyil, heç bir rəng ləkəsi buraxmayan və zərərsiz lazer silahlar ilə döyüş aparılır. Döyüş meydanı təxminən standart futbol meydançası ölçüsündədir və maraqlı gizlənmək və müdafiə olunmaq üçün maneələr zolağından ibarətdir. Bu döyüşün özəlliklərindən biri də budur ki, Sizi rəqib komanda silahla vurarkən əvvəlcədən əyninizə geyindiyiniz kosmik döyüşçülərin geyiminə oxşayan geyiminiz lazer siqnalı qəbul edərək vibro silkələnmə verir ki, bunun da özü xüsusi adrenalin verir. Qeyd edim ki, PaintBall-dan üstün cəhətlərindən biri də budur ki, burda güllə bitdi anlayışı yoxdur. Sadəcə vaxt anlayışı var. Oyunun daha üstün özəlliklərini öyrənmək üçün sadəcə bu turda iştirak etmək lazımdır.
14:00 – 15:30 “Semerana” İstirahət Mərkəzində nahar yeməyi, Çay süfrəsi, Asudə vaxt.
15:30 – 17:30 Nohur Gölü ilə tanışlıq. Meşə ilə əhatə olunmuş Nohur Göl ətrafı gəzinti. Burada hətta siz göldə qayıqla üzüb istirahət edə bilərsiniz.
17:30 – 18:00 Vedrə bazarında alış - veriş
18:00 - 21:00 Qəbələ - Bakı yolu