Turlar / Çexiya
“ROYAL EKSPRESS”
Qrup turu
(Macarıstan, Avstriya, Çexiya, Almaniya, Polşa)
Budapeşt – Vena – Praqa – Drezden – Vroslav – Krakov – Veliçka
18.09.2017 – 500 EUR
16.10.2017 – 410 EUR
Qiymətə daxildir:
- Otel 3 - 4*
- Proqram üzrə transport xidməti
- Qidalanma
- İcmal ekskursiyalar
- Bütün marşrutlar üzrə bələdçi müşayiəti
- Aviabilet ( WizzAir)
- Sığorta
Əlavə ödənişlər:
- Əlavə ekskursiyalar
- Əlavə biletlər
- Sürücülərə bəxşiş, çaypulu
- Viza rüsumu – 35 EUR
Turun proqramı:
1-ci gün. Budapeşt
Budapeştdə qarşılanma. Şəhərə ekskursiya. Otelə yerləşdirilmə. Asudə vaxt və istirahət. Dunay boyu çay səyahəti məsləhət görülür(20EUR). Budapeştdə axşam gəzintisi. Gecə şəhər işıqlaının unudulmaz təəssüratları. Budapeştdə oteldə gecələmə.
2-ci gün. Vena.
Səhər yeməyi. Venaya keçid. Şəhər boyu piyada gəzinti: Mariya Tereza meydanı, Motsartın qızıl heykəli, Opera teatrı, Xofburq, Qraben, müqəddəs Stefan kilsəsi və meydanı. Asudə vaxt. Şəhərdən çıxış və Brnoya keçid. Oteldə məskunlaşma.
3-cü gün. Praqa
Səhər yeməyi. Praqaya keçid. Şəhər boyu icmal ekskursiya. Kral saraylı president rezidensiyası, Praqa ponaramı, Karlov körpüsü, Karlov küçəsi. Otelə yerləşdirilmə. Asudə vaxt. Romantik Praqada gəzinti, isveç masası və bu şəhər haqqında maraqlı əhvalatların müşaiyyəti ilə gözəl musiqilər. Praqada oteldə gecələmə.
4-cü gün. Praqa - Drezden
Səhər yeməyi. Drezdenə səyahət. Çoxsaylı muzeylər, mədəniyyət mərkəzləri və qalereyalara ziyarət edilməsi. Şəkil qalereyasını ziyarət etmək mümkündür. Polşaya keçid. Tranzit oteldə yerləşdirilmə.
5-ci gün. Vroslav.
Səhər yeməyi. İçmal ekskursiya, “100 körpü şəhəri”. Hərdən Vroslavı Polşa Venetsiyası adlandırırlar. O, 12 adada 100-dən çox körpüsü olan ərazidə yerləşmişdir. Leopoldin universiteti – zalı, müqəddəs İoann Baptist kilsəsi, Köhnə şəhərin bazar meydanı və.ş . yerlərə gəzinti. Krakova keçid. Oteldə məskunlaşma.
6-cı gün. Krakov - Veliçka
Səhər yeməyi. Krakov boyunca piyada ekskursiya. Vaveldə Polşa krallarının inaqurasiya mərasimi keçirilən kral qəsri, Kafedral məclis, Sukenislər ticarət sıraları, Avropanın məşhur və qədim universitetlərindən biri olan Yaqelon universitetinə baxış. Asudə vaxt. Oteldə gecələmə.
7-ci gün. Krakov - Budapeşt
Səhər yeməyi. Budapeştə keçid. Budapeştdə asudə vaxt. Ticarət mətkəzlərinə də baş çəkmək mümkündür. Aeroporta transfer. Turun sonu.
Qeyd: Qiymət iki nəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün nəzərdə tutulub.
Turun ödənişi günün məzənnəsinə uyğun olaraq manatla qəbul ediləcək.
Sifariş üçün:
Ünvan: Səbail rayonu, Ü. Hacıbəyov 66,
Bakı, Azərbaycan
Tel/fax: (+994 12) 480-29-73,
Tel: (+994 50) 431-14-15
E-mail: [email protected]