Turlar / Macarıstan
“MÖHTƏŞƏM BEŞLİK”
Qrup turu
(Macarıstan, Çexiya, Almaniya, Avstriya, Slovakiya)
Budapeşt – Bratislava – Vena –Brno – Praqa – Drezden – Budapeşt
04.09.2017 - 640 EUR
02.10.2017 - 500 EUR
06.11.2017 - 360 EUR
Qiymətə daxildir:
- Otel 3 - 4*
- Proqram üzrə transport xidməti
- Qidalanma
- İcmal ekskursiyalar
- Bütün marşrutlar üzrə bələdçi müşayiəti
- Aviabilet
- Sığorta
Əlavə ödənişlər:
- Viza rüsumu – 35 EUR
- Əlavə ekskursiyalar
- Əlavə biletlər
- Sürücülərə bəxşiş, çaypulu
Turun proqramı:
1-ci gün. Budapeşt
Budapeştdə qarşılanma. Otelə yerləşdirilmə. Asudə vaxt və istirahət. Şəhər boyu ekskursiya: Kral sarayı, Buday qalası, müqəddəs Məryəm kilsəsi, Müqəddəs İştvan Bazilikası, Qəhrəmanlar meydanı, Minillik abidəsi, Baydaxunyad qalası, Anonnimus monumenti. Şəhərdə asudə vaxt. Budapeştdə oteldə gecələmə.
2-ci gün. Bratislava.
Səhər yeməyi. Bratislavaya keçid. Bratislavada piyada gəzinti: Bratislava qalası – Qrad, Evanqeliya Liseyi, Köhnə şəhər, müqəddəs Mariya Qotik kilsəsi, əzəmətli bürcləri olan Mixalsk qapıları. Bratislava otelində gecələmə.
3-cü gün. Vena
Səhər yeməyi. Venaya keçid. Venada piyada gəzinti: Mariya Tereza meydanı, Rinqştrass, Ştrausun qızıl heykəli, Opera teatrı, Xofburq, Qraben, müqəddəs Stefan kilsəsi və meydanı, Belveder, Asudə vaxt. Şam yeməyi. Şəhərdən çıxış və Brno-ya keçid. Otelə yerləşdirilmə.
4-cü gün. Barselona - Brno – Çeski Krumlov.
Səhər yeməyi. Brnoda icmal ekskursiya: Şəhərin tarixi mərkəzi – qədim şəhər Ratuşa, kələm bazarı, Azadlıq meydanı, Maqen teatr. Çeski Krumlova keçid. Gözəl təbiət əhatəsində, unikal arxitekturalı Çeski Krumlovda icmal ekskursiya. Krumlovda oteldə gecələmə.
5-ci gün. Praqa
Erkən səhər yeməyi. Praqaya keçid. Şəhər boyu piyada ekskursiya. Vaslav meydanı, Barıt qülləsi, Tın məbədi, Paris küçəsi, Avropa kvartalı. Otelə yerləşdirilmə. Günün ikinci yarısı: Romantik Praqada gəzinti, isveç masası və bu şəhər haqqında maraqlı əhvalatların müşaiyyəti ilə gözəl musiqilər.
6-cı gün. Praqa - Drezden
Səhər yeməyi. Drezdenə fakultativ səyahət. Çoxsaylı muzeylər, mədəniyyət mərkəzləri və qalereyalara ziyarət edilməsi. Brnoya keçid. Oteldə yerləşdirilmə. Brno otelində gecələmə.
7-ci gün. Brno - Budapeşt
Səhər yeməyi. Budapeştə keçid. Budapeştdə asudə vaxt. Ticarət mətkəzlərinə də baş çəkmək mümkündür. Aeroporta transfer. Turun sonu.
Qeyd: Qiymət iki nəfərlik otaqda qalmaq şərtilə bir nəfər üçün nəzərdə tutulub.
Turun ödənişi günün məzənnəsinə uyğun olaraq manatla qəbul ediləcək.
Turun qiyməti dəyişə bilər, zəhmət olmasa menecerlərimiz ilə dəqiqləşdirin!
Sifariş üçün:
Ünvan: Səbail rayonu, Ü. Hacıbəyov 66,
Bakı, Azərbaycan
Tel/fax: (+994 12) 480-29-73,
Tel: (+994 50) 431-14-15
E-mail: [email protected]