Turlar / Islandiya
"ARALIQ DƏNİZİ NAĞILI"
Qrup şəklində tur
Barselona C.Dali museyi – Nitsa – Monako – San Remo – Kann
8 gün \ 7gecə
500 EUR iyun – noyabr
550 EUR iyul və avqust
Turun başlanğlcı: İl boyu şənbə günləri
Qiymətə daxildir:
- Otel
- Səhər yeməyi
- Sığorta
- Transfer
- Bələdçi müşayiəti ilə proqram üzrə ekskursiyalar
- Fransa səfirliyində onlayn qeydiyyat
Əlavə ödənişlər:
- Aviabilet
- Viza rüsumu – 35 EUR
- Əlavə ekskursiyalar
Turun proqramı:
1-ci gün. Barselona
Barselonaya gəliş. Qarşılanma və otelə qrup şəklində transfer. Asudə vaxt. İspaniya meydanında işıqlı – səsli – tamaşalı Sehrli Fəvvarə və “ Ispan Kəndi“ muzeyində milli restoralna tanışlıq və şam yeməyi. Gecələmə.
Çərşənbə günləri: 1-ci gecələmə Loret de Mar, “ Ispan Kəndi“ndə şam yeməyi və Sehrli Fəvvarə isə cümə axşamı
2-ci gün. Barselona – Barselona
Səhər yeməyi. Antonio Qaudinin tanınmış şah əsərlərinin seyr edilməsi, həmçinin Paseo Qratsiya, Kataloniya meydanları, Montjuik dağları, Qotik kvartalın Olimpiya əyalətlərini gəzməklə Barselonada ümumi ekskursiya. Asudə vaxt. Barselonada gecələmə.
3-cü gün. Loret de Mar – Kosta Brava
Səhər yeməyi. Asudə vaxt. Arzu edənlər üçün əlavə ödənişlər müqabilində Monserrat daıına ekskursiya ( 45 EUR)
Diqqət: Kosta Bravada qidalanmaya səhər yeməyi, nahar yeməyi və şam yeməyidir, Barselonada - səhər yeməyi.
4-cü gün. Loret de Mar – Fiqeras – Nitsa
Səhər yeməyi. Santa Klotilda bağları sahili boyunca və ənənəvi bodeqada ispan şərablarının dequstasiyası ilə müşaiyyət olunan, “Salam, Kosta Brava!” ekskursiyası. Nahar yeməyi. Fransanın qiymətli lazurit daşına bənzər sahillərinə yollanmaq. Yolüstü Fiqerasda Salvador Dalinin teatr muzeyinə ekskursiya. Sonra Nitsaya qayıdış, oteldə yerləşmə. Gecələmə.
Diqqət: Kosta Bravadan gedənlər üçün qidalanmaya səhər yeməyi və nahar, Barselonadan isə - səhər yeməyi.
5-ci gün. Nitsa – Kann
Səhər yeməyi. İcmal ekskursiya: Sahil, liman, Simye təpəsi, Vilfranş körfəzi panaraması, məşhur fransız ətirlərinin alınması imkanı ilə Ruhlar Muzeyini ziyarət. Antib burnu boyunca, Kann kinofestival sarayı və digər istiqamətlərdə panoram xarakterli ekskursiya. Gecələmə.
6-cı gün. San Remo – Monako
Səhər yeməyi. Öz festivalları və gül bazarları ilə tanınmış San-Remo ekskursiyası ilə müşaiyət olunmaqla İtaliyaya keçmək. Monako dövlətinə ekskursiya: Monte – Karlo kazinosu, Kafedral məclis, Kral sarayı. Nitsaya qayıdış. Gecələmə.
7-ci gün. Nitsa – Kosta Brava
Səhər yeməyi. İspaniyaya keçid. Loret de Mara gəlmək. Şam yeməyi. Gecələmə.
Əlavə ödəniş etməklə Nitsada qalmaq və yaxud istirahəti davam etdirmək mümkündür.
8-ci gün. Aeroport
Səhər yeməyi. Aeroporta transfer. Turun sonu.
Qiymətlər ikiyerli yerləşmə üzrə bir nəfər üçün nəzərdə tutulmuşdur.
Ödənişlər cari mübadilə kursuna uyğun olaraq manatla qəbul olunur.
Sifariş üçün:
Ünvan: Səbail rayonu, Ü. Hacıbəyov 66,
Bakı, Azərbaycan
Tel/fax: (+994 12) 480-29-73,
Tel: (+994 50) 431-14-15
E-mail: [email protected]