Dubayda su altında otel inşa olunacaq:
Dubay yeraltı inşalari və yerüstü nəhəng binaları ilə - metrodan baslayıb otellerlə bitən şəhərdir. Burda hərşey real görünür: dünyanın ən lüks hoteli, ən böyük ticarət mərkəzi və ən hündür binası.
İndi Dubay göydələnlərlə göy üzünü zəbt edib və növbə dənizə çatıb. Deep Ocean Texnologiyaları bu əmirlikdə yarısı su qalan otel inşa etmək istəyirlər. “Water Discuss Hotel” kosmik gəmiyə oxşar olacaq, bölgədə və dünyada bir neçə planlaşdırılmış sualtı otellərdən ilki olacaq.
Otelin sualtı hissəsi 10 metr dərinlikdə yerləşəcək və hər hansı bir təhlükəli hadisə zamanı məsəl üçün sunami olanda avtomatik yuxari qalxacaq. Qonaqlar bardan və ya sualtı dalğıc mərkəzindən istifadə edə biləcəklər. Otelin üst hissəsi elementlərə tab gətirmək üçün sudan kifayət qədər yüksəkdir.
Turistlərin əvvəllər də dənizə baxan restoranda stol sifariş etmək və oteldə yer bron etmək imkanı vardı. Maldivdə “Rangali Islands Resort” oteində uzanaraq siz Hind okeanındakı həyatı seyr edərək dincələ bilərsiniz. Dubayda siz oz otaginizda olarkan su altında olan kameraların köməkliyi ilə hətta xırda balıqları seyr edə bilərsiniz.