Azərbaycanda turizm sahəsində ilbəil inkişaf müşahidə olunur.

17.09.2012 14:12

 

Azərbaycanda turizm sahəsində ilbəil inkişaf müşahidə olunur.  BMT-nin Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bildirib.

Onun sözlərinə görə, turizm sahəsi Azərbaycan iqtisadiyyatında əhəmiyyətli yer tutur.

“Azərbaycan Avropa və Asiyanı birləşdirən İpək Yolu üzərində yerləşdiyindən ölkənin kulinariya və turizm potensialını təşviq edə və bunun nəticələrini görə bilərik”, – Rifai deyib.

Baş katib qeyd edib ki, bu gün Bakıda öz işinə başlayan “İpək yolu tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfrans çərçivəsində onun Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə görüşü nəzərdə tutulur.

Rifai bildirib ki, görüşdə turizm sahəsinin Azərbaycan iqtisadiyyatındakı əhəmiyyətli yeri müzakirə olunacaq.

 
Share |