Ümumdünya Turizm Təşkilatının baş katibi Taleb Rifai bu gün axşam Azərbaycana gələcək.
Mədəniyyət və Turizm Nazirliyindən çərşənbə günü səfərin məqsədi sentyabrın 6-7-də Bakı şəhərində keçiriləcək “İpək Yolunun tamı: Kulinariya, Mədəniyyət və Turizm” adlı beynəlxalq konfransda iştirak etməkdir.
Taleb Rifainin səfəri sentyabrın 7-də günün II yarısında başa çatacaq. Səfər müddətində baş katibin Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayevlə ikitərəfli görüşü də nəzərdə tutulub. Görüşdə ÜTT ilə Azərbaycan arasında əməkdaşlıq məsələləri müzakirə ediləcək.
Qeyd edək ki, Taleb Rifai ötən ilin noyabrında da Azərbaycanda səfərdə olub.trend