Turlar / Britaniya

Məşhur Britaniya “Kuin Elizabet II” layneri Dubayda üzən otelə çevriləcək

Məşhur Britaniya “Kuin Elizabet II” layneri Dubayda üzən otelə çevriləcək



Əfsanəvi “Kuin Elizabet II” Britaniya layneri öz sonuncu səfərinə yollandı. Dubaya (BƏƏ) gəlişi ilə gəmi orada qalacq və turistik attraksiona və üzən otelə çevriləcək. Bu yeni “diqqətəlayiq yer” Dubai World ərəb şirkətinə 50 milyon funt sterlinqə başa gəldi. Britaniyanın Sautgemtona limanında son səyahətində möhtəşəm layneri yola salmaq üçün bura minlərlə insan yığışdı. Salyutdan sonra gəminin kapitanı camata belə bir danışıqla müraciət etdi ki, “Kuin Elizabet II” 40 il ərzində Britaniya gəmi inşaatının mühüm nailiyyətlərinin rəmzi kimi qalmaqda idi. Yola çıxdığı ərəfədə Böyük Britaniya hersoq Edinburqun iştirakı əfsanəvi laynerin gəmisinı şərəfləndirdi. Hersoq “Kuin Elizabet II” gəmisinin indiki və keçmiş komanda üzvlərinə sədaqətli xidmətlərinə görə minnətdarlığını bildirdi.

 

Buna baxmayaraq, möhtəşəm mərasim xəcalətsiz keçmədi. Limana girişdə 70 000 ton su basımı olan layner gözlənilmədən dayaza düşdü. Onu yenidən limana göndərmək üçün beş güclü yedək gətirildi və dəniz suyunun artmasını gözləmək lazım gəldi. Yalnız bir saatdan sonra “Kuin Elizabet II” dayazdan çıxarda bildilər. Hadisə zamanı 1700 sərnişindən və 1000 ekipaj üzvündən heç kəs zədələnmədi. Gəminin dibini tətqiq edən vodolazlar heç bir zədələnmə aşkar etmədilər. Kruiz layneri “Kuin Elizabet II” suya 1967-ci ildə buraxılmışdı. Yayılmış fikirlərə baxmayaraq, gəmi kraliça Elizavet II şərəfinə adlandırılmamışdı. Bu sadəcə olaraq əvvəl yaradılmış “Kraliça Elizaveta” laynerinin ikinci versiyası idi. Mövcud olduğu illər ərzində gəmi 6 milyon dəniz mili qət edib, 25 dövr-aləm səyahəti həyat keçirdib, 800 dəfə Atlantik okeanın üzərindən keçib və 2,5 milyon sərnişin daşıyıb